"Xocalının səsi”
qəzetinin redaktoru, gənc şair Qalib Quliyevin “Bu da mənim ürəyim” adlı kitabı 35 illik yubileyi günü ərəfəsində işıq üzü görüb. Müəllifin geniş oxucu
auditoriyası üçün nəzərdə tutulmuş ilk kitabında Vətən sevgisi, yurd həsrətinə
həsr etdiyi, qələbə müjdəli, nikbinlik dolu əsərləri, insan münasibətləri,
dostluq, sevgidən bəhs edən, həyat həqiqətlərini göstərən, tərbiyəvi, nəsihətamiz
tövsiyələrini, fəlsəfi düşüncələrini əks etdirən şeirləri təqdim olunur.
“Xarı bülbül”
ədəbi məclisinin mənəvi dəstəyi ilə “Ecoprint”, nəşriyyatında çap olunan
kitabın redaktoru yazıçı-publisist Azər Hacıbəylidir.
Qeyd edək ki,
Qalib Bəyməmmədoğlu Xocalı rayon Kosalar kənd tam orta məktəbində İnformatika
müəllimi işləyir, eyni zamanda “Xocalının səsi” qəzetinin, xocalınınsesi.info və
kosalar.com saytlarının baş redaktorudur. Azərbaycan Jurnaslistlər Birliyinin üzvü, “Qarabağa Dönüş” İctimai
Birliyinin İdarə Heyətinin üzvüdür. Xocalı rayon İcra Hakimiyyəti yanında
İctimai Şuranın sədridir.
“Qələmimizi süngüyə çevirək” silsilə şeir, rəsm
və yazı müsabiqələrinin təşəbbüskarıdır. Azərbaycan Respublikasının Prezidenti yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqələrdə 5 dəfə
III yerin, 1 dəfə I yerin qalibi olub. Qarabağ həqiqətlərinin, Xocalı soyqırımı
nəticələrinin, erməni vəhşətinin ictimaiyyətə çatdırılmasında fəallığına görə
Beynəlxalq Zaporojye Kazakları Birliyinin Ali Məclisinin, “Qafqaz – Media”
İctimai Birliyinin (“İlin fəal gənci” və “Gənclərin dostu”) medalları ilə təltif
edilmiş, digər mükafatlara layiq görülmüşdür.
Qalib Bəyməmmədoğlunu
35 illik yubileyi və ilk kitabının işıq üzü görməsi münasibətilə təbrik edir,
ona cansağlığı, xoşbəxt həyat, ailə səadəti və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Bir qrup dostları